Məhsəti Gəncəvi - 900

UNESCO-da şair Məhsəti Gəncəvinin 900 illiyi qeyd olunacaq. Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və UNESKO-nun nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, yubiley gecəsində baş nazirin müavini Elçin Əfəndiyev, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tang, Məhsəti Gəncəvinin həyat və yaradıcılığının tədqiqatçısı, AMEA-nın müxbir üzvü, deputat Rafael Hüseynov çıxış edəcək.

Bahar Rüstəmli
AzNews.az