03:22
(077) 610-22-33

Oğuzda kilsə mübahisəsi: işə nazirlik qarışdı - FOTO

  • >
1 043 8 May 2013 15:53 | Mədəniyyət

Mədəniyyət və Turizm Nazirliyi ermənilərin “dəyirmanına su tökür?”




Oğuz şəhərindəki Qriqoryan kilsəsi necə "milliləşdirildi" və bunun mümkün fəsadları…



Oğuz şəhərində fəaliyyət göstərən Qriqoryan kilsəsi təmirdən sonra Alban kilsəsinə çevrilib. "İzmedia" qrupunun rəhbəri İdris Heydərli AzNews.az-a açıqlamasında 19-cu əsrin 2-ci yarısına aid edilən həmin kilsənin adının dəyişdirilərək "Alban kilsəsi" adlandırılmasının ermənilərə xidmət olduğunu deyir:

"Oğuz şəhərində 2 kilsə var. 19-cu əsrin ikinci yarısına aid olan hər iki kilsə Azərbaycanın xristian əhalisi üçün tikilib. Onlardan biri rusların təqribən 1850-ci illərdə tikdirdiyi və sırf Azərbaycanın əsas xristian əhalisi sayılan udilərə hesablanmış provaslav kilsəsi, ikincisi isə 1828-ci ildən sonra Türkiyədən, İrandan ölkəmizə köçü başlanan ermənilərin özləri üçün tikdirdiyi qriqoryan kilsəsi olub. İndi isə həmin Qriqoryan kilsəsinin adı təmirdən sonra Alban kilsəsi kimi qeyd olunub. Bütün tarix və yazıların qeyd olunduğu lövhələr dağıdılıb və ya üzəri sementlənib. Binanın üzərinə isə "Alban kilsəsi" lövhəsi vurulub. Bununla da kilsənin yaşını böyüdüb, real tarixini gizlədiblər. Nəticədə, ermənilərin həmin kilsənin 10 min il yaşı olması barədə, həmçinin, ermənilərin Azərbaycanda qədim dövrlərdən yaşadıqlarına dair iddialarını təkzib edən faktları aradan qaldırmış olublar. Belə çıxır ki, Mədəniyyət və Turizm Nazirliyi ermənilərin dəyirmanına su tökür".

Mədəniyyət və Turizm Nazirliyi Abidələrin mühafizəsi sektorunun rəhbəri Arif Əliyev isə AzNews.az-a açıqlamasında bildirib ki, kilsə ilə bağlı hər hansı fikri yalnız araşdırandan sonra deyə bilər: "Əlimin altında sənədlər olmadan bir şey deyə bilmərəm. Təbii ki, həmin bina qeyd edilən tarixə aiddirsə, alban kilsəsi ola bilməz. Dediyinizdən biri səhvdir: ya kilsənin tikildiyi tarixi düz bilmirsiz, ya da o, alban kilsəsi deyil. Qəti fikir söyləmək üçün isə sənədlərə baxmalıyam".

Ruhiyyə
AzNews.az
image description image description image description image description image description
Bağla X