Azərbaycanda dünya səviyyəsində ilk illüziya şou

Azərbaycanda dünya səviyyəsində ilk illüziya şousu baş tutacaq.

Axşam.az-ın məlumatına görə, iyunun 5-6-da Rus Dram Teatrında tanınmış sehrbazlar tərəfindən maraqlı nümayişlər təqdim olunacaq.

Azərbaycanın ən istedadlı illüziyaçıları Süleyman Məmmədov, Sahadət Bağırov, Xalid Mustafayev, Rasim Səmədov, Ramiz Ələkbərov, Köçəri Rüstəmov və Elxan Məmmədov gecədə öz nömrələrini sərgiləyəcəklər.

Kiyevdə beynəlxalq festivalın qalibi Rəşadət Canqudov, Təbrizdən gələn Fərhad və Cavad Təbrizli, intellektual verilişlərin iştirakçısı Anar Əliyev də maraqlı şoular nümayiş etdirəcək.

Həmin gün tamaşaçılar həmçinin dünya magiyasının əsl ulduzu, Türkiyə və Çində keçirilən Beynəlxalq İllüziya Festivalının laureatı, Dünya İllüziyaçılar Assosiasiyası "İBM"in üzvü Tofiq İsgəndərlinin maraqlı nümayişinin şahidi olacaqlar.

Beynəlxalq "Brilliant birliyi"nin laureatı Arzu Qulamovun təşkil etdiyi şounun aparıcısı Şəmsəddin Abbasov olacaq.

"Ecazkarlar" adlanan tamaşa saat 20:00-da başlayacaq.

AzNews.az