Afaq Bəşirqızı səhnəyə çıxmağa tələsmir

Xalq artisti, Musiqili Teatrın aktrisası Afaq Bəşirqızı keçirdiyi ürək-damar əməliyyatından sonra hələ də səhnəyə çıxmayıb.

Bunu AzNews.az-a Musiqili Teatrın direktor müavini Elxan Ocaqov bildirib. Onun sözlərinə görə, aktrisa xəstələnən gündən onun oynadığı tamaşaların heç biri repertuara salınmayıb:

"Afaq xanım teatra gəlib, gedir. Amma hələ səhnəyə çıxmayıb. Afaq xanım xəstələnəndən bəri onun bu teatrın səhnəsində yaratdığı tamaşaların heç biri oynanılmayıb. Təkcə "Ər və arvad" tamaşasından başqa. Həmin tamaşada isə Afaq xanımı teatrın aktrisası Nahidə Orucova əvəz edir".

Bahar Rüstəmli
AzNews.az