16:16
(077) 610-22-33

Mayın son günlərində festivala yekun vurulacaq

  • >
426 16 May 2013 11:40 | Mədəniyyət

"Mədəniyyət " kanalı 66-cı Kann festivalının təntənəli yekun mərasimini mayın 26-da saat 21.15-də canlı yayımda nümayiş etdirəcək.

Azərbaycan Teleradio Verilişləri QSC-dən AzNews.az-a daxil olan xəbərə görə, həmin gün Qırmızı xalı üzərindən münsiflər heyətinin üzvləri və festivalın proqramına yekun vuracaq "Zulu" filminin yaradıcı qrupu keçəcək.

Bu filmin rejissoru Jerom Salldır. Qeyd edək ki, budəfəki festivalın münsiflər heyətinə dünya şöhrətli rejissor, prodüser Stiven Spilberq rəhbərlik edir.

Mədəniyyət və Turizm Nazirliyinin xəttilə festivala qatılan azərbaycanlı kinematoqrafçılar Müşfiq Hətəmov, Yusif Şeyxov, Ayaz Salayev və Fariz Əhmədov orada fəaliyyət göstərən beynəlxalq pavilyonda iştirak edirlər. Pavilyonda Azərbaycanda son 2 ildə çəkilən 9 film nümayiş olunur.

Həmin gün münsiflər heyətinin üzvləri və festivalın proqramına yekun vuracaq "Zulu" filminin yaradıcı qrupu Qırmızı xalı üzərindən keçəcək. Bu filmin rejissoru Jerom Salldır. Budəfəki festivalın münsiflər heyətinə dünya şöhrətli rejissor, prodüser Stiven Spilberq rəhbərlik edir. Qeyd edək ki, "Oskar"ın son 6 illik təqdimatı və Kann festivalının son 3 illik açılış və yekun mərasimləri AzTV və "Mədəniyyət" kanalları vasitəsilə canlı yayımda nümayiş etdirilir.

Xatırladaq ki, "Mədəniyyət" kanalı mayın 15-də saat 20.30-da festivalın açılış mərasimini nümayiş etdirib.

AzNews.az
Bağla X