Fərid Məmmədov Top 10-luqda ikincidir - FOTO + VİDEO

Azərbaycanın "Eurovision 2013" təmsilçisi Fərid Məmmədov mahnı müsabiqəsinin favoritidir.

ANS PRESS-in məlumatına görə, təmsilçimizin "Hold Me" mahnısı "Eurovision 2013"ün Top 10-luğunda 2-ci yerdədir. Birinci yerdə Norveç, üçüncü yerdə isə Rusiyadır.

Fərid Məmmədov "Hold Me" adlı mahnısı ilə 26 ölkə arasından 20-ci səhnəyə çıxacaq. Final mərhələsi Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Püşkatmanın nəticələrinə əsasən, finalda iştirak edəcək ölkələrin ardıcıllığı belədir:
1. Fransa, 2. Litva, 3. Moldova, 4. Finlandiya, 5. İspaniya, 6. Belçika, 7. Estoniya, 8. Belarus, 9. Malta, 10. Rusiya, 11. Almaniya, 12. Ermənistan, 13. Hollandiya, 14. Rumıniya, 15. Böyük Britaniya, 16. İsveç, 17. Macarıstan, 18.Danimarka,19. İslandiya, 20. Azərbaycan, 21. Yunanıstan, 22. Ukrayna, 23. İtaliya, 24. Norveç, 25. Gürcüstan, 26. İrlandiya.

AzNews.az

image description image description