Fərid Məmmədova mükafat verildi

"Eurovision 2013" təmsilçimiz Fərid Məmmədov müsabiqənin keçirildiyi İsveçdən mükafatsız qayıtmır.

O, "Marsel Bezencon Artistik Avard" nominasiyası üzrə qalib olub.

Qeyd edək ki, bu mükafat "Eurovision" müsabiqəsinin şərhçiləri tərəfindən ən çox səs qazanmış iştirakçıya təqdim edilir.

Mükafatın adını daşıdığı Marsel Bezencon isə "Eurovision" müsabiqəsinin ideya müəllifidir.//axsam.az//

AzNews.az