13:34
(077) 610-22-33

“Azərbaycanla bağlı video təxribat xarakterlidir“ - VİDEO

  • >
549 21 May 2013 16:58 | Mədəniyyət

"Azərbaycanlı iştirakçının mahnısı liderlər sırasında idi"




Litvada "Eurovision" zamanı Azərbaycanın xeyrinə səslərin alınması ilə bağlı videoçarxın həqiqi olmasından şübhələnirlər.



Litvanın "Eurovision"dakı nümayəndə heyətinin rəhbəri, Litvanın LRT İctimai Televiziyasının prodüseri Audryus Qirjadas, musiqi prodüseri Martinas Tila və "Lietuvos Ritas"ın şərhçisi Arunas Zilnis İctimai kanalda yayımlanan proqramın gedişi zamanı beynəlxalq musiqi festivalında Azərbaycanın xeyrinə səslərin alınmasına dair ciddi şübhələrin olduğunu bildiriblər. Bu barədə Trend-ə Litvanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Daha əvvəl bir sıra KİV əslən belaruslu olduqları iddia edilən iki rusdilli şəxsin guya "Eurovision 2013"-də Azərbaycan təmsilçisinin xeyrinə səs vermək müqabilində litvalılara pul təklif etməsi ilə bağlı kadrlardan ibarət video yayıblar.

Proqram iştirakçıları videoyazını son dərəcədə ehtiyatlı qiymətləndirmək nəticəsinə gəliblər. Çünki ona baxışdan sonra xeyli suallar yaranır.
Audryus Qirjadas hesab edir: "Müsabiqəni öz ölkəsində keçirmək təcrübəsinə malik olan, texniki imkanları və səsvermə sistemini bilən Azərbaycana belə axmaq yolla, ilk dəfə gördüyü insanlardan səsləri almaq nəyə gərəkdir?"

Martinas Tila vurğulayıb ki, azərbaycanlı iştirakçının mahnısı bukmekerlərin qiymətləndirməsinə görə də liderlər sırasında idi.

"Lietuvos Ritas"ın şərhçisi Arunas Zilnis hesab edir ki, video təxribat xarakterlidir. O, Azərbaycanın belə axmaq yolla tanımadığı insanlara kartlar və pul paylamaqla səslərin alınmasının təşkilinə şübhə edir:

"Video dövlətin, səfirliyin və "Eurovision" nümayəndə heyətinin belə işlər məşğul olması təəssüratını yaratmır".

Musiqi prodüseri Martınas Tila bildirib: "Ən təəccübləndirici hal isə niyə məhz belarusluların Azərbaycanın xeyrinə səs vermə təşviqatı aparmasıdır. Axı, Litvada sayları az olmayan azərbaycanlılar yaşayır, azərbaycanlı tələbələr oxuyur. O cümlədən videoda şəxslərin birinci yarımfinalda iş təcrübələri xatırlanır, ancaq Azərbaycan və Litva orada iştirak etməyib və bu faktdır".

Tilanın sözlərinə görə, Azərbaycan mahnısının layiqincə ifa olunması və qiymətləndirilməsi heç kimdə şübhə doğurmur.

Xatırladaq ki, ötən şənbə İsveçin Malmö şəhərində keçirilən "Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ikinci yeri tutub.




AzNews.az
Bağla X