Müsabiqənin yayım hüququ 3 illiyinə ləğv edilə bilər Müsabiqənin yayım hüququ 3 illiyinə ləğv edilə bilər

İTV-ni “Avroviziya” cəzası gözləyir

Müsabiqənin yayım hüququ 3 illiyinə ləğv edilə bilər




İTV 3 il müddətinə "Avroviziya" mahnı müsabiqəsində iştirakdan məhrum edilə, yaxud cərimələnə bilər. Bunu "Yust" hüquq firmasının vəkili Denis Şumskiyə istinadən Rusiya mətbuatı yayıb. Vəkilin sözlərinə görə, Rusiyaya verilən səslərin doğru sayılmaması ilə bağlı yaranan qalmaqal ilk növbədə müsabiqəni yayımlayan kanalın cəzalandırılması ilə nəticələnə bilər.

AzNews.az "РИА Новости"yə istinadən xəbər verir ki, əgər səslərin sayılmasında hansısa pozuntu aşkar edilərsə, müsabiqənin şərtlərinə görə sanksiyalar qaçılmaz olacaq. Bura 3 il ərzində müsabiqənin yayımlanması hüququnun ləğv edilməsi və ya üzvlük haqqının 5 faizindən 10 faizinədək cərimə daxildir.

Elnarə
AzNews.az