03:21
(077) 610-22-33

Bəstəkar gələcək planlarından danışdı

  • >
437 29 May 2013 16:45 | Mədəniyyət

Bəstəkar Tural Bakuvi müğənnilərlə əməkdaşlıqla yanaşı, bəzi teleseriallara da musiqilər bəstələyir



Bu barədə mətbuata açıqlama verən bəstəkar bildirib ki, yay istirahətinə başlamazdan öncə bir neçə mahnı təqdim edəcək:

"Günay İbrahimlinin ifasında səslənəcək söz və musiqisi mənə aid "Söz olar" adlı mahnı artıq hazırdır və bir neçə gün ərzində dinləyicilərin ixtiyarında olacaq. Aranjmanı Rəmal Rəsula aid mahnı "Gipsy" motivindədir və yay aylarına uyğun olaraq yüksək templidir. Mahnının qısa zamanda çox seviləcəyinə şübhə etmirəm.".

Müğənnilərlə əməkdaşlıqla yanaşı, bəzi teleseriallara da musiqilər bəstələyən Tural Bakuvi söylədi ki, rejissor Samir Qulamovun çəkdiyi "Sonun başlanğıcı" teleserialı ilə əməkdaşlığım davam edir, bu filmə saund-treklər yazıram. Qeyd edim ki, son bölümlərdə söz və musiqisi mənə aid, Rəmal Rəsulun ifasında səslənmiş rok janrlı "Tənha gecələr" mahnısı çoxsaylı tamaşaçı və dinləyicinin yüksək maraq və sevgisinə səbəb olub. Vaxt tapdıqca instrumental kompozisiyalar da bəstələyən Tural Bakuvi bildirdi ki, payız aylarında təqdim edəcəyi kompozisiyası üzrə işlərə yaxında başlamağı düşünür: "Son olaraq təqdim etdiyim "Şərq" kompozisiyası, həm də buna qədər yazmış olduğum instrumental əsərlər dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Bundan ilhamlanaraq instrumental musiqi silsiləsini davam etdirmək və nəticədə bu musiqilərdən ibarət bir albom hazırlamağı düşünürəm. Vaxt tapdıqca bu işlə məşğul oluram. Yaxında "Payız kompozisiya"mın remix variantını eşidə bilərsiniz. Qeyd edim ki, bu variant DJ APPLE ləqəbi ilə tanınan Elşən Cəfərli tərəfindən hazırlanıb. Ardından isə dərhal payız aylarında dinləyicilərə təqdim edəcəyim kompozisiyanın işlərinə başlamağı planlaşdırıram".

AzNews.az
Top xəbərlər
Bağla X