Bakıda “uşaq günü” qeyd olunacaq

1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bu məqsədlə Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsi Qubernator bağında böyük bir tədbir keçirəcək.

Bu barədə AzNews.az-a məlumat verən Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın sözlərinə görə, tədbirdə Bakı şəhərində yerləşən kitabxanalar və mədəniyyət evlərinin işçiləri qatılacaq:

"Bu tədbirdə peşəkar müğənnilərin də iştirakı gözlənilir. Ölkədə ilk dəfə olaraq, uşaq günü belə təmtəraqlı qeyd olunacaq. Bakı Uşaq Teatrı da həmin tədbirdə iştirak edəcək".

Bahar Rüstəmli
AzNews.az