19:11
(077) 610-22-33

II Beynəlxalq Folklor Festivalı - Masallıda

  • >
358 30 May 2013 20:05 | Mədəniyyət

Masallıda II Beynəlxalq Folklor Festivalı keçiriləcək. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova məlumat verib.


Onun sözlərinə görə, iyunun 12-dən 16-dək keçiriləcək tədbirdə dünyanın 12 ölkəsindən, o cümlədən Türkiyə, İran, Qazaxstan, Ukrayna, Belarus, Dağıstan, Gürcüstan, Latviya, Rusiya və s. incəsənət ustaları ilə yanaşı, Ağdamın "Qarabağ bülbülləri", Masallının folklor kollektivləri və rəqs qrupları da öz məharətlərini nümayiş etdirəcəklər.

Festival günlərində rayonun turizm obyektlərinə, tarixi, görməli və gəzməli yerlərinə ekskursiyalar nəzərdə tutulub.

Turizm obyektlərində, eləcə də rayon mərkəzində, qəsəbə və kəndlərdə konsertlər təşkil olunacaq, el sənətkarlığı nümunələrinə baxış keçiriləcək, yerli sənətkarların əl işlərindən ibarət sərgilər düzənlənəcək: "Keçən il rayonumuzda keçirilmiş Beynəlxalq Folklor Festivalı Masallının zəngin folklor nümunələrinin beynəlxalq aləmdə tanınması, həmçinin bir sıra xalqların bu qiymətli sənət inciləri ilə rayon sakinlərinin tanışlığı üçün çox dəyərli oldu.
Qonaqlar gedəndən sonra xeyli müddət onların rayonumuzda qarşılanıb yola salınması ilə əlaqədar razılıq məktubları aldıq. Artıq bu sahədə təcrübəmiz var. Masallı öz qonaqlarını bu il daha yaraşıqlı, abad şəhər kimi qarşılayır. Bağlar, parklar, xiyabanlar genişləndirilib, küçələr abadlaşdırılıb. Şəhərin panoramı bu gün göz oxşayır. İnanıram ki, keçirəcəyimiz növbəti festival daha maraqlı və möhtəşəm tədbirləri, təşkilatçılığı, çoxsaylı uğurları ilə yadda qalacaq".

AzNews.az
Top xəbərlər
Bağla X