22:33
(077) 610-22-33

ADU-nun fəxri doktoru seçildi - FOTO

  • >
444 4 İyun 2013 15:16 | Mədəniyyət

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, AŞ PA-da Rusiya nümayəndə heyətinin rəhbəri, Moskva Dövlət İnstitutunun beynəlxalq əlaqələr üzrə professoru, Rusiya Şurasının Rəyasət Heyətinin xarici əlaqələr üzrə üzvü, Vətəndaş Cəmiyyəti İnkişafının Prezident Şurasının üzvü, əməkdar mədəniyyət işçisi, teleaparıcı, jurnalist, politoloq, tarix elmləri namizədi Aleksey Puşkov Azərbaycan Dillər Universitetinin (ADU) fəxri doktoru seçilib.

Universitetdən verilən məlumata görə, bu gün qonağla görüşən Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu bildirib. O, Aleksey Puşkovun AŞ PA-da Rusiya nümayəndə heyətinin rəhbəri olduğunu xatırladaraq beynəlxalq səviyyədə Rusiyanın hər zaman Azərbaycana dəstək olduğunu vurğulayıb. Universitetin fəaliyyətinə toxunan Səməd Seyidov bu ali təhsil ocağında 15-ə yaxın ölkənin dillərinin tədris olunduğunu bildirib.

Sonra Səməd Seyidov Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətinə görə Aleksey Puşkovu ADU-nun Elmi Şurasının qərarına əsasən, ADU-nun fəxri doktor diplomu ilə təltif edib və mantiyanı qonağa təqdim edib.

Aleksey Puşkov Azərbaycana səfəri çərçivəsində ADU-da olmaqdan məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycan və Rusiya əlaqələrinin gündən-günə genişləndiyini və möhkəmləndiyini xüsusi qeyd edərək universitetdə müxtəlif ölkələrin dillərinin tədrisini yüksək qiymətləndirib.

Qeyd edək ki, görüşdə Azərbaycanda Rusiya icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin də iştirak edib.

AzNews.az
Bağla X