Rəşad Məcid AYB-ni “bombaladı“

Yazıçılar Birliyində baş verən istefalarla bağlı AYB-nin katibi Rəşad Məcid qurumda akkreditasiya keçirilməsini təklif edib.

Rəşad Məcid açıqlamasında bildirib ki, AYB-də hazırda 1500-ə qədər üzv var: "Həmin üzvlərin 1300-ü istedadsız insanlardır. Mən təklif edəcəm akreditasiya keçirib 1300 nəfəri kənarlaşdıraq, 200 nəfər normal, səviyyəli yazıçı üzvümüz olsun".

R. Məcid onu da əlavə edib ki, elə həmin şəxslərin AYB-dən çıxmağı yaxşıdır: "Bizim onları AYB-yə üzv qəbul etməyimiz səhv olub. Ayxan Ayvaz, Babək Göyüş, Elnaz Eyvazlı, Günel Mövlud bu kimi adamlar heç yazıçı adına layiq deyillər".//qafqazinfo//

AzNews.az