21:21
(077) 610-22-33

Nazirlikdən Monserrat Kabalyenin Dağlıq Qarabağa səfərinə münasibət

  • >
407 5 İyun 2013 15:19 | Mədəniyyət

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi dünya şöhrətli opera ifaçısı Monserrat Kabalyenin Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə münasibət bildirib.




Nazirliyin mətbuat katibi İntiqam Hümbətov APA-ya açıqlamasında bu cür halların yolverilməz olduğunu deyib:

"Bu siyasi məsələdir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu fakt beynəlxalq hüquq normaları çərçivəsində də təsdiqini tapıb. Dünyanın istənilən ölkəsindən olan mədəniyyət nümayəndəsi, incəsənət xadimi kimliyindən asılı olmayaraq, əgər qondarma rejimin tədbirlərində iştirak edirsə, mütləq xəbərdarlıq alacaq və onun haqqında Azərbaycan tərəfindən müvafiq tədbirlər görüləcək. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə addımlar atılacaq".

Qeyd edək ki, dünya şöhrətli opera ifaçısı M.Kabalye iyunun 4-də Azərbaycanın işğal olunmuş bölgələrinə səfər edib. Səfər çərçivəsində o, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. M.Kabalye iyunun 6-da Xankəndidə, 9-da isə İrəvanda Ermənistan Gənclər Filarmoniya Orkestri ilə birgə konsert verəcək.

AzNews.az
Bağla X