Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB) yazıçı Anar Rzayev AYB-dən istefalarla bağlı açıqlama verib. Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB) yazıçı Anar Rzayev AYB-dən istefalarla bağlı açıqlama verib.

“Qocaman yazıçını təhqir etmək hansı əxlaqa sığır?“

Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB) yazıçı Anar Rzayev AYB-dən istefalarla bağlı açıqlama verib.




Anar Rzayev açıqlamasında deyib ki, AYB-ə daxil olmaq da könüllüdür, çıxmaq da: "Heç kəsi məcburi AYB-ə qəbul etmirik. Amma AYB-ə üzv olan elələri var ki, 1 il təqaüd alırlar, təqaüd müddəti başa çatan kimi bir bəhanə ilə AYB-dən uzaqlaşmaq istəyirlər. Yaşlı, qocaman bir yazıçını təhqir etmək hansı əxlaqa sığır, özünüz qiymət verin. Qocaman yazıçıların təhqir edilməsini alçaqlıq hesab edirik və belə insanların AYB-də yerini görmürük. Onların yaradıcılığı olmadığından bu cür təhqirlərlə gündəmə gələrək məşhurlaşmaq, yadda qalmaq istəyirlər. Qocaman bir insana "O, hələ ölməyib, yaşayır" deyə təhqir etmək hansı əxlaqa sığır? Belələrinin istefa verməsi AYB-ni təmizləyir, AYB saflaşır. Yaşlı yazıçıların ünvanına bu cür ifadələr işlədənlər tənqidlə, təhqiri biri-birindən seçə bilmirlər. Belələrinin AYB-də yeri yoxdur".//movqe.az//

AzNews.az