05:34
(077) 610-22-33

Misirdə Nizami Gəncəvinin büstü qoyulacaq

  • >
1 331 10 İyun 2013 08:30 | Mədəniyyət

Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Misir Ərəb Respublikasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nümayəndəliyi açılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, böyük tarixə, adət-ənənəyə və mədəniyyətə malik olan Azərbaycanın dahi şairi Nizaminin adını daşıyan Beynəlxalq Mərkəzin Misirdəki xüsusi nümayəndəliyi İsgəndəriyyə Kitabxanasının nəzdində fəaliyyət göstərəcək.

Nümayəndəliyin əsas məqsədi Misirdə, eləcə də digər ərəb ölkələrində və Afrika regionunda mərkəzin fəaliyyətini koordinasiya etmək və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Nümayəndəlik bilavasitə İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin kuratorluğu ilə fəaliyyət göstərəcək.

Bununla yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının İsgəndəriyyə Kitabxanasında və İsgəndəriyyə şəhərində əbədiləşdirilməsi üçün İsmayıl Seragəldinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Nizaminin büstü açılacaq və böyük şairə həsr olunmuş xüsusi guşə yaradılacaq.

Bütün bunlar, eləcə də digər məsələlər İ.Seragəldinin iyul ayında Azərbaycana planlaşdırılan işçi səfəri çərçivəsində ətraflı müzakirə olunacaq.

AzNews.az
Bağla X