17:21
(077) 610-22-33

Beynəlxalq müdafiə sərgisinin tarixi dəyişdirildi

  • >
348 15 İyun 2013 13:00 | Mədəniyyət

Azərbaycanda 2014-cü ilin sentyabr ayında keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinin tarixi dəyişdirilib.


Bu barədə sərginin təşkilatçısı olan "İteca Caspian" şirkətindən məlumat verilib.

Sərgi sentyabrın 11-dən 13-dək Bakı Expo Sərgi və Toplantı Mərkəzində keçiriləcək.

Qeyd edək ki, cari ilin may ayında, Türkiyədə keçirilən İDEF-2013 sərgisində ADEX-2014 sərgisi ilk dəfə beynəlxalq səviyyədə bəyan edilib. o zaman sərginin keçiriləcəyi tarix olaraq 2014-cü ilin 17-19 sentyabrı göstərilib.

Sərginin tarixinin bir həftə əvvələ keçirilməsinə səbəb onun CAR-da keçiriləcək AAD-2014 beynəlxalq müdafiə və aviasiya sərgisi ilə eyni dövrə düşməsi göstərilir.

ADEX-2014 sərgisi 4 əsas bölmədən ibarət olacaq. Sərgidə Quru Qoşunlarına aid zirehli və zirehsiz texnika, komanda idarəetmə sistemləri, döyüş sursatları, fərdi mühafizə sistemləri, tank əleyhinə raket kompleksləri, simulyasiya və təlim sistemləri, hərbi təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, raketlər və HHM (hava hücumundan müdafiə) sistemləri, aviasiya radioelektronikası və hərbi təlim sistemləri, dəniz qüvvələrinə və sahil mühafizəsinə aid üzmə vasitələri, dəniz silah sistemləri, naviqasiya və radiolokasiya sistemləri, fərdi xilasetmə sistemləri, liman sistemləri, həmçinin kəşfiyyat avadanlıqları, fövqəladə hallar üçün nəzərdə tutulmuş avadanlıq və texnologiyalar, xüsusi təyinatlı yük avtomobilləri, minik avtomobilləri, polis və təhlükəsizlik avadanlıqları, mina təmizləyən avadanlıqlar və s. nümayiş olunacaq.

ADEX sərgisi Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən rəsmən dəstəklənir.//apa//

AzNews.az
Bağla X