06:02
(077) 610-22-33

Azərbaycanda Ukrayna mədəniyyət günləri

  • >
267 17 İyun 2013 09:36 | Mədəniyyət

Azərbaycanda Ukrayna Mədəniyyət Günləri keçirilir. Mədəniyyət Günləri çərçivəsində Bakıda və Hacıqabulda konsertlər və sərgilər təşkil olunacaq.


Qeyd edək ki, Ukrayna Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına xidmət edir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Ukrayna günləri iyunun 17-də P.Virski adına Rəqs Ansamblının konserti ilə açılacaq.

Azərbaycan Dövlət Filormoniyasında baş tutan konsertdə Ukrayna Mədəniyyət Nazirinin birinci müavini Timofey Qriqoryeviç Koxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az

Bağla X