20:36
(077) 610-22-33

Dövlət telekanalları “Azerspace-1“dən yayımlanacaq

  • >
343 18 İyun 2013 18:56 | Mədəniyyət

Dövlət telekanalları ("AzTV", "İdman Azərbaycan" və "Mədəniyyət") iyul ayından etibarən Azərbaycanın "Azerspace/Africasat-1a" peyki ilə yayımlanacaq. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın mənbə deyib.

Hazırda bu telekanalların yayımı "Azerspace/Africasat-1a" peyki vasitəsilə test rejimində həyata keçirilir.

Mənbə bildirib ki, Azərbaycanın digər telekanalları ilə müqavilənin imzalanmasına dair danışıqlar davam edir və ilkin olaraq onların "Azerspace/Africasat-1a" peyki ilə yayımı yaxın iki ay ərzində təşkil ediləcək.

AzNews.az
Bağla X