Opera Teatrı Şəkiyə gedir

Opera və Balet Teatrı "İpək Yolu" III Beynəlxalq musiqi festivalı çərçivəsində Şəkiyə qastrol səfərinə gedəcək.

Teatr bu səfərdə Qara Qarayevin "Yeddi gözəl" baleti ilə çıxış edəcək. Baletin baletmeysteri Vasiliy Medvedev, əsas rollarının ifaçısı isə xalq artisti Kamilla Hüseynova və əməkdar artisti Gülağası Mirzəyevdir.

Bahar Rüstəmli
AzNews.az