İlhamə Quliyevadan Aygün Kazımovaya sərt ismarış

"Nə tez unutdun əsgərlərin qarşısında qısa paltarda rəqs elədiyini..."

"Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın müsahibəsində xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşovanın ünvanına təhqir səslənməyib".

Bunu AzNews.az-a İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli deyib. Onun sözlərinə görə, İlhamə Quliyeva həm də bir vətəndaş kimi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun mövqeyini dəstəkləyib və əxlaq normaları çərçivəsində məsələyə münasibət bildirib: " Lakin, bu müsahibədən sonra Aygün Kazımova "Azərbaycan qadını… Azərbaycan sənətçisi adına ləkə gətirən yeganə və tək namizəd sizsiniz, İlhamə Quliyeva. Siz kimsiniz ki, ulu öndərimizin, ölkə başçımızın bizə verdiyi şərəfli fəxri adların alınması ilə bağlı belə fikirlər irəli sürürsünüz? Özünüzə gəlin və yerinizi bilin. Başınızdan böyük ifadələr söyləməyin. Həddinizi də aşmayın" deməklə öz "mədəniyyət"ini bir daha göstərib. İlhamə xanım Quliyeva Kazımovanın bu açıqlaması ilə bağlı bunları deyib: "Bu addımı Aygündən gözləmək olardı. Çünki, birinci dəfə deyil ki, bu sənətçi düşünmədən ağlına gələni danışır. Hər kəs öz səviyyəsini göstərir. Hər kəs bilir ki, Aygün Kazımova sənətindən çox qalmaqalları ilə gündəmdə qalıb. Özündən böyükdür, kiçikdir deməyib, xalqın sevgisini qazanan həmkarlarına söz atıb. Onu bu addımları atmağa həm içində öldürə bilmədiyi paxıllıq hissi, həm də gündəmdə qalmaq istəyi vadar edib. Azərbaycan sənətçisi adına ləkə gətirdiyimi deyən Aygün, ola bilər ki, sənin yaddaşında problemlər var, amma mən və hər kəs çox yaxşı xatırlayırıq ki, sən necə sənətə gəlmisən. Nə tez unutdun açıq-saçıq çəkdirdiyin şəkilləri, nə tez unutdun əsgərlərin qarşısında qısa paltarda rəqs elədiyini... Bu siyahını davam etdirmək nə sənin xeyrinə olar, nə də mənim statusuma və tərbiyəmə yaraşar. Unutma ki, dəfələrlə həddini aşdığın məqamlarla bağlı çox insanlara yalvarmısan. Onların vasitəsi ilə ayağıma gəlib, məndən üzr istəmisən. Bilirəm ki, həmişəki kimi depressiyadasan. Sənin şəxsi həyatında və sənətində itərəcəyin heç bir şey qalmayıb. Özünə gələndən sonra başa düşərsən ki, nə boyda müşkülə düşmüsən. Səni dəfələrlə bağılamışam. Budəfəki hərəkətin isə bağışlanmazdır. Gördüyün kimi, mən sənə elə xanım kimi cavab verdim. Sən isə hüquq-mühafizə orqanları qarşısında cavab verəcəksən. Sən mənə yox, mənim Şöhrət ordenimə, Dünya Sülh Səfiri tituluma sataşmısan. Bunların da cəzası sənin üçün ağır olacaq. Allah köməyin olsun!".

Bahar Rüstəmli
AzNews.az