Teleaparıcı Zaur Baxşəliyevə rüşvət ittihamı

Ötənlərin tanınmış müğənnisi Roza Rəhimli Modern.az-a populyar teleaparıcı Zaur Baxşəliyevlə bağlı maraqlı açıqlamalar verib.

Müğənni bildirib ki, təxminən üç il əvvəl Baxşəliyev onu "Yağ kimi" verilişinə çəkmək üçün rüşvət istəyib:

"Səhv etmirəmsə 2010-cu il idi. Zaur Baxşəliyev bizim evdə "Yağ kimi" verilişini çəkirdi. Mən də 300 manatlıq bazarlıq eləmişdim, qonşularım kömək eləmişdilər, yaxşı da süfrə açmışdıq. Ancaq çəkilişin ortasında Zaura zəng gəldi və o əməkdaşlara işarə elədi ki, "çəkilişi dayandırın". Sən demə, ona pul verməyimi istəyirmiş. Çıxıb gedəndən sonra neçə dəfə zəng vurdum cavab vermədi. Amma bu gün çıxıb efirdə düzgünlükdən danışır. Ar olsun ona".

AzNews.az