06:53
(077) 610-22-33

Anara ağır ittihamlar: “O, Türkiyəyə qaçanda...”

  • >
610 29 İyun 2013 10:57 | Mədəniyyət

Şərif Ağayar AYB sədrini və Xalq yazıçısı Çingiz Abdullayevi "topa tutdu"


Xalq yazıçısı Çingiz Abdullayevlə tanınmış yazar Şərif Ağayar arasında yaşanan qalmaqal böyüyür.

Məsələ ilə bağlı AzNews.az-a danışan Ş.Ağayar AYB-nin sədri Anar Rzayev və Xalq yazıçısı Çingiz Abdullayevin ünvanına sərt ittihamlar səsləndirib: "Mənim dövlətdən aldığım təqaüdü başıma vururlar. Düz eləmirlər. Bu dövlət üçün Anardan da, Çingizdən də daha artıq əziyyəti mən çəkmişəm. 90-cı illərin əvvəllərində - Qarabağ müharibəsi gedən dövrdə Anar qorxudan Türkiyəyə qaçanda, Çingiz Rusiyada eyş-işrətlə məşğul olanda mən ailəm və qohumlarımla odun içində idim. Bu dövləti biz qurmuşuq, bu sovetdənqalma qocalar yox. Ona görə haqqımız da var nəsə istəməyə və nəsə almağa... Səngərlədə biz olmuşuq, Anarın, Çingizin övladları yox".

Yazıçının sözlərinə görə, onun xalq yazıçıları ilə davam edən bu söz atışmasında itirəsi heç nəyi yoxdur: "Mənim mafiozlarla işim olmaz... Nə zaman, Çingiz Abdullayev Azərbaycan dilində normal bir inşa mətni ortaya qoyar, onun haqqında o zaman danışaram. Gedib işi ilə məşğul olsun. Varlı-pullu adamdır. Nə işi var bizimlə? İcazə versin xalqın içində kasıb və qəmgin həyatımızı yaşayaq".


Qeyd edək ki, xalq yazıçısı Ç.Abdullayev müsahibəsində Ş.Ağayarın AYB-dən istefa verməsinə toxunaraq bildirmişdi ki, o, bir dəfə AYB-dən çıxmışdı, sonra qayıtdı ki, təqaüd alsın: "Təqaüd müddətində susdu, vaxt başa çatan kimi yenidən bizi tənqid etməyə başladı. Yaşlı adamı, xalq şairini biz müdafiə etməsək, kim müdafiə edəcək?"

Bahar Rüstəmli
AzNews.az

Bağla X