02:58
(077) 610-22-33

“Bir azərbaycanlı kimi mən buna görə çox sevinirəm“

  • >
333 30 İyun 2013 07:47 | Mədəniyyət

Qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti var.

AzərTAc xəbər verir ki, bu sözləri Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları - 2013" dövlətlərarası proqramının təntənəli açılış mərasimində iştirak edən Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzvü olan ölkələrin humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində deyib.

P.Bülbüloğlu vurğulayıb ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin çox zəngin olduğunu göstərir. Bu, Azərbaycan mədəniyyətinin MDB ölkələrində təbliği baxımından da çox böyük əhəmiyyət daşıyır.

"Biz çox şadıq ki, bugünkü tədbirdə 10 ölkədən rəsmi qonaqlar, mədəniyyət işçiləri iştirak edirlər. Bu gün Azərbaycanda regionların sürətli inkişafı Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirməsini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı bölgələr də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir bir şəhərə çevrilmişdir.

Qonaqlar Qəbələ ilə tanışlıq zamanı ölkəmizin necə də sürətlə inkişaf etdiyinin şahidi olurlar. Təbii ki, bir azərbaycanlı kimi mən buna görə çox sevinirəm. MDB-nin mədəniyyət paytaxtı elan olunan Qəbələdə bu il ərzində bir neçə mədəni-hümanitar tədbir keçiriləcəkdir. Bunun üçün Qəbələdə bütün lazımı şərait vardır", - deyə səfir bildirib.

AzNews.az
Bağla X