00:51
(077) 610-22-33

Yaşar Nurinin həyat yoldaşı: “Çox çaşqınam”

  • >
369 3 Sentyabr 2013 08:09 | Mədəniyyət

Bu gün Xalq artisti, mərhum sənətkar Yaşar Nurinin doğum gündür.

1951-ci il sentyabrın 3-də Bakıda, aktyor ailəsində dünyaya göz açan Yaşar Nuri Azərbaycanın kino və teatr sahəsində bir-birindən maraqlı obrazlarla yadda qalıb.

Sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva Y.Nurinin doğum günündə AzNews.az-a açıqlamasında çox çaşqın olduğunu bildirib: "Çox çaşqınam. İnanmıram ki, Yaşar həyatda yoxdur. Bir azdan qəbiristanlığa gedəcəyəm. Yaşarın qəbrini ziyarət edib gələcəyik. Ondan sonra nələr olacaq bilmirəm. Əsas odur ki, mətbuat onu unutmayıb. Bu gün səhərdən Yaşardan danışıb, onun oynadığı tamaşalardan, filmlərdən fraqmentlər göstərirlər. Yaşarın ailəsi üçün bu, çox şeydir. Hamıya təşəkür edirəm".

Xatırladaq ki, Xalq artisti Yaşar Nuri 2012-ci ildə noyabrın 22-də uzunsürən xəstlikdən sonra vəfat edib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X