Qafqaz amazonlarına aid ayrıca muzey yaradılacaq Qafqaz amazonlarına aid ayrıca muzey yaradılacaq

Ermitajda «Qafqaz amazonları» sərgisi keçiriləcək

Qafqaz amazonlarına aid ayrıca muzey yaradılacaq

Azərbaycanda, Rusiyada və Almaniyada Qafqaz amazonları haqda sərgi açılacaq. Bu barədə Aznews.az saytına Almaniyada yaşayan soydaşımız, Qafqaz amazonlarının tədqiqatçısı, şairə Nuridə Atəşi deyib. Onun sözlərinə görə, artıq bu barədə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyini alıb: "Nazir Əbülfəs Qarayevlə görüş zamanı bu layihə haqqında söhbətimiz oldu. Çox bəyəndi, maddi-mənəvi dəstəkləyəcəyini vəd etdi.Ümid edirəm yaxın gələcəkdə bu sərgini keçirə biləcəyik". Nuridə Atəşi həmçinin bildirib ki, sərgidə nümayiş olunacaq ekponatların sayı 500-ə yaxındır: "Dünya muzeylərinin depolarında, zirzəmilərində, hətta fərdi kolleksiyalarda qorunan bu eksponatların axtarışı, üzə çıxarılışı 15 illik əməyin nəticəsidir. Və bunların sərgidə nümayiş məqsədilə ölkələrə gətirilməsi məhz Mədəniyyət və Turizm Nazirliyinin icazəsi və birbaşa köməyilə reallaşdırılacaq". Rusiyada keçiriləcək sərgi üçün Nuridə Atəşi artıq məhşur Ermitaj muzeyinin rəhbərliyilə danışıqlar aparıb: "Bu muzeydə böyük Qafqaz şöbəsi var, amma eksponat baxımından olduqca kasaddır. Muzey rəhbərliyi və əməkdaşları ilə söhbətimiz zamanı göstərməyə material olmadığını və Qafqaz amazonları sərgisinin keçirilməsinə məmnuniyyətlə dəstək verəcəklərini dedilər". Nuridə Atəşi gələcəkdə Qafqaz amazonlarına aid ayrıca muzeyin yaradılmasının planlaşdırıldığını da bildirib.

Sevda Babayeva

AzNews.az