Səfər zamanı bir sıra dövlət qrumları ilə əməkdaşlıq prespektivləri müzakirə ediləcək Səfər zamanı bir sıra dövlət qrumları ilə əməkdaşlıq prespektivləri müzakirə ediləcək

İsmayıl Seragəldin Azərbaycana gəlir

Səfər zamanı bir sıra dövlət qrumları ilə əməkdaşlıq prespektivləri müzakirə ediləcək

AzNews.az –a verilən məlumata görə, məşhur İsgəndəriyyə Kitabxanasının direktoru, dünya şöhrətli alim İsmayıl Seragəldin Avrasiya Dialoq Mərkəzinin təşkilatçılığı ilə Türkiyə, Kipr, Gürcüstan və Rusiya hökumətlərinin dəvəti ilə regionda səfərdə olacaq. Səfər çərçivəsində o, Azərbaycan Milli Elmlər Akademiyası, Kooperasiya Universiteti və Gəncə şəhər İcra Hakimiyyətinin birgə dəvəti ilə ölkəmizə də gələcək. Sentyabrın sonunda baş tutacaq səfər zamanı Diaspora Komitəsi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyasi, Kooperasiya Universiteti ilə əməkdaşlıq prespektivləri müzakirə ediləcək.

Dr. İsmayıl Seragəldin dünya miqyasında tanınmış alimdir, Dünya Bankının kənd təsərrüfatı, ətraf mühit, mədəni layihələr üzrə ilk vitse-prezident, BMT-nın Sivilizasiyalar Alyansının Ali Qrup üzvü və BMT Baş Katibi tərəfindən təyin olunmuş səfiri, Misir Elmlər Akademiyasının rəhbəri, Dünya Bankının nəzdində yaradılmış Ümumdünya Su Təşkilatının, Kənd Təsərrüfatına Yardım Qrupunun, Dünya Mikromaliyyələşdirmə Asossasiyasının yaradıcısı və rəhbəridir. Son 1600 il ərzində İsgəndəriyyə şəhərinin və İsgəndəriyyə Kitabxanasının Baş Kitabxanaçısı titulunu daşıyan ilk alimdir. 2011-ci ildən Nelson Mandella, Minillik Mükafatı, əsası 1814ci ildə Abrahm Linkoln tərəfindən təsis edilmiş "Welfare Medal"ın sahibidir. İsmayıl Seragəldin müsəlman və xüsusən də ərəb dünyasında elmin, təhsilin inkişafının pionerlərindən hesab olunur. Dr. Seragəldin Azərbaycan və onun mədəniyyətinə xüsusi vurğunluğu ilə fərqlənir. Elə bunun göstəricisidir ki, alim Nizami gəncəvi haqqında ayrıca bir məqalə də yazıb Məqalədə Nizami Gəncəvinin Müsəlman Dünyası ədəbiyyatının dahi şairi olmasından və ondan sonra gələn nəsillərin yetişməsində, ölməz əsərlərin yaradılmasında əvəzsiz rolundan: "Şekspirin "Romeo və Culyetta" əsərindən tutmuş, şərq romantik əsərlərinə qədər hamısı Nizamidən ilhamlanıblar".

Əminə

Aznews.az