15:58
(077) 610-22-33

Babək Niftəliyev: “Muğamı fonoqrama ilə oxumaqda heç bir qəbahət görmürəm”

  • >
1 997 7 Avqust 2012 08:46 | Mədəniyyət

Prezident təqaüdlü muğam ifaçısı Babək Niftəliyevin AzNews.az-a müsahibəsi:


- Muğam və fonoqrama... Bu anlayışlar biri birinə nə qədər yaxındır? Bu yaxınlarda ATV-də Zaur Baxşəliyev muğam ifaçıları ilə bağlı şok sayılacaq açıqlama verdi. Onun verilişində qonaq olan ifaçı canlı efirdə muğamı fonoqrama ilə oxuyubmuş...

- Bu şəraitdən asılıdır. Məsələn, açıq, küləkli havada 5 dəqiqəlik bir mahnının arasında muğam boğazları etmək canlı ifada çətindi. Dağ ətəyində olan çəkilişi təbii ki, efirə fonoqramla verməli idilər.. Mən burada qəbahət heç nə görmürəm. Əgər ifaçı bunu bacarırsa, burada qəribə nə var axı? Fonoqram da ifaçının səsidir, bir başqasının deyil ki.

- Mütəxəsisslər televiziyalar da muğama bu qədər yer ayrılmasını məddahlıq sayırlar və televizya rəhbərlərini qınayırlar. Sizin buna münasibətiniz?

- Çox yaxşıdır.

- Əgər münasibət həqiqətən də yaxşıdırsa xanəndələr muğama və gənc ifaçılara çox yer verilməsindən niyə giley-güzarlıdırlar? Deyirlər ki, hər gələni efirə buraxmamalıdır...

- Muğam ifaçıları profesional məktəbdən gələn insanlardır. Sadəcə olaraq, muğama ehtiyac var deyə, onlara geniş yer verirlər. Bu da biz ifaçıların və müğamın qələbəsidir.

- Müsahibələrinin birində Xalq artisti Mənsum İbrahimov muğam müsabiqəsi iştirakçılarının toya getməsinin əlehinə olduğunu demişdi. Siz bu fikirləri bölüşürsüz?

- Niyə? Toyun özü bir məktəbdir. Müsabiqədə azyaşlı uşaqlar vardı ki, onlar doğrudan da toyda oxuya bilməzlər. Səsləri bata bilər. Uşaq olduğu üçün çağırırlar orada-burada oxutdurular. Müəyyən səs dövrü var. Bu dövr 13-14 yaş arasında başlayır və 19-20 yaş arasında açılmağa doğru gedir. İfaçı bunu nəzərə almadan 5 manat orada, 5 manat burada qazanırsa əlbəttə ki, səs bata bilər.

- Hansı teatrın solistisiniz?

- Muğam teatrının.

- Amma rəhmətlik Səfa Qəhrəmanov sağ olsaydı bu gün Opera və Balet Teatrında tərəf müqabili olardınız yəqin ki.

- Opera və Balet Teatrından hələ dəvət almamışam. İnşallah gedərik. Məcnun oynamaq bütün xanəndələrin arzusudur. Eləcə də mənim. Onlardan nə vaxtsa təklif olsa, mən hazıram. O ki qaldı, Səfa Qəhrəmanovaya, indi olmasın, rəhmətlik məni çox istəyirdi.

- Bu yaxınlarda Səfa Qəhrəmanovun ailəsində oldum. Onun həyat yoldaşı Sizdən geley-güzar etdi. Dedi ki, "Səfa Babəkin üstündə davaya da düşüb. Amma o, dünyasını dəyişəndən sonra Babək bir dəfə də olsun qapımızı açmadı". Bu soyuqluğun səbəbi nədir?

- Düzdür, sağlığında rəhmətlik mənim üstümdə dəfələrlə davaya, söz-söhbətə düşüb. Hətta ətrafından incidiyi vaxtlar da olub. Çox təəsüf edirəm ki, belə bir sənətkar aramızdan vaxtsız köçdü. Amma mən onların evinin yerini bilmirəm. Təbiətim də çox ağırdır. Onun ailəsinə gedib qapısını döyə bilmərəm. Mən rəhmətliyin özü ilə oturub-durmuşam.

- Muğam müsabiqəsi iştirakçıları arasında özünüzü kimdən güclü, kimdən zəif bilirsiniz?

- Nə kimdənsə zəifəm, nə də kimdənsə güclü. Özümə və səsimə görə xanəndəyəm. Öz yerimdəyəm. Nə yuxarıdayam, nə də aşağıda. Hamıya da bir səviyyədə baxıram.

- Niyə repertuarınızda ancaq muğam və xalq mahnıları yer alır?

- Yox, bəstəkar mahnıları da ifa edirəm. "Sənziz keçən ömür" adlı mahnı çox populyar oldu. Mahnıya klip də çəkdirdik. Toyumda ifa etdiyim mahnı-"alın yazım" isə ailəmə bir hədiyyə idi. Bəylə gəlinə aiddir.

- "Alın yazım" mahnısını başqa toylarda ifa edirsiniz?

- Hərdən onu da sifariş edirlər. Deyirlər ki, toyunda oxuduğun mahnını oxu. Mən də sevə-sevə oxuyuram. Niyə də olmasın.


Lalə

AzNews.az

Bağla X