Ədalət Əsgəroğlu: «Hələ ki sədr postuna heç bir namizədin adı yoxdur» Ədalət Əsgəroğlu: «Hələ ki sədr postuna heç bir namizədin adı yoxdur»

Yazıçılar Birliyinin yeni sədri kim olacaq?

Ədalət Əsgəroğlu: «Hələ ki sədr postuna heç bir namizədin adı yoxdur»



"Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı payızda keçiriləçək". Bunu "AzNews.az"a açıqlamasında Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu açıqladı. Ə.Əsgəröğlunun sözlərinə görə, qurultayın dəqiq vaxtı sentyabr ayında məlum olacaq: "Qurultay ya oktyabr, ya da noyabr aylarında baş tutacaq.
Sentyabr ayında isə qurultayın vaxtı və keçiriləcək ünvanı dəqiqləşəcək. Hələ ki sədr postuna heç bir namizədin adı yoxdur. Bütün bunlar qurultay öncəsi bilinəcək. Qurultay nümayəndələri kimi seçsələr ona da səs verəcəklər. O ki, qaldı Anar müəllimin namizədliyini irəli sürüb-sürməməsinə bu onun şəxsi işidir. Mən çox arzulayardım ki, Anar müəllim namizədliyini irəli sürsün. Anar müəllim bu dəfə də sədr seçilməyə ən layiqli namizəddir".

Lalə
AzNews.az