18:24
(077) 610-22-33

Yuli Qusman: “Biz İlham Əliyevi məyus etməyəcəyik”

  • >
527 16 Noyabr 2013 10:25 | Mədəniyyət

Həmyerlimiz, tanınmış rejissor-ssenarist Yuli Qusman "Şöhrət" ordeni ilə təltif olunmasına münasibət bildirib. AzNews.az xəbər verir ki, Yuli Qusman AzərTAc-ın müxbirinə müsahibəsində bildirib ki, xidmətlərinin vətənda xidmətlərinin belə yüksək qiymətləndirilməsindən məmnun olduğunu deyib:

"Bilirsiniz, mən və ailəm Azərbaycana o qədər bağlıyıq ki, filmin premyerasının məhz Vətənimdə baş tutduğuna hədsiz sevindik. Çox şadam ki, mənim əməyim məhz burada, Azərbaycanda yüksək qiymətləndirildi. Mənə elə gəlir ki, bu film Azərbaycan xalqına, necə deyərlər, məhəbbət etirafıdır. Çünki başqa heç bir məqsəd ola bilməz. Bu böyük aktyorlar özlərini çox xoşbəxt hiss edirdilər. Çünki onlar - ən kiçik rolları ifa edən artistlərdən tutmuş SSRİ Xalq artistlərinədək bütün iştirakçılar 2 il Azərbaycanda olublar.

Azərbaycan artistləri, "Bakılı oğlanlar" - Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə çox gözəl oynayıblar.

Mən deməliyəm ki, dağlıq yollardan keçəndə onları sadəcə tanımadıq. Ola bilməz. Mən Bakıya tez-tez gəlirəm, onun necə dəyişdiyini görmüşəm. Amma Qəbələyə, Balakənə, Zaqatalaya, Qaxa gedən yollarda da böyük işlər görülüb. Biz yalnız Gürcüstanla sərhəddə normal vəhşi təbiətin bir parçasını gördük. İndi hər yerdə tikinti gedir, orada da Bakıdakı kimi müasir mehmanxanalar var.

Bu, adamı heyrətləndirir, axı ölkə balacadır. Düzdür, onun nefti var. Amma belə sıçrayış sadəcə ağlasığmazdır. Bu, Heydər Əlirza oğlunun sayəsində mümkün olub, indi isə biz İlham Heydər oğlunun yaratdıqlarına məftun oluruq. Bu, bir ənənədir. Mən, əlbəttə, çox razıyam, sevinirəm ki, Vətən mənim xidmətlərimi belə yüksək qiymətləndirib. Ümidvaram ki, bu film İlham Heydər oğlunun xoşuna gələcək, çünki "Qorxma, mən səninləyəm" onun sevimli filmidir. Hər halda biz onu məyus etməyəcəyik".

Xatırladaq ki, noyabrın 15-də Heydər Əliyev sarayında məşhur həmyerlimiz, tanınmış rejissor-ssenarist Yuli Qusmanın "Qorxma, mən səninləyəm! 1919" filminin təqdimat mərasimi olub.

AzNews.az
Bağla X