02:50
(077) 610-22-33

Rasim Balayev və Akif İslamzadənin doğum günüdür

  • >
669 8 Avqust 2012 08:25 | Mədəniyyət

Bu gün Azərbaycan mədəniyyətinin iki parlaq simasının doğum günüdür. Rasim Balayev də, Akif İslamzadə də 8 avqust 1948-ci ildə anadan olublar. Rasim Balayev M.A.Əliyev adına ADİİ-nin Kino aktyorluq fakültəsini bitirib. İlk dəfə filmə 1970-ci ildə çəkilib. Aktyor 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Nəsimi", "Babək" kimi unudulmaz filmlər də daxil olmaqla 70-ə yaxın filmdə çəkilib. 1990-cı ildən etibarən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibidir. Azərbaycanın xalq artistidir. Ailəlidir, iki övladı var.

Akif İslamzadə 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. "Sarı gəlin" və "Bu gecə" mahnıları ilə musiqisevərlərin diqqətini cəlb edib.
AzNews.az rəhbərliyi və kollektivi hər iki sənət adamını təbrik edir, onlara işlərində uğurlar, can sağlığı arzu edir!

Elza
AzNews.az

Bağla X