Həzrəti Əlinin həyatından bəhs edən yeni kitab

"Qanun" nəşriyyatında islam tarixində sanballı yeri və xidmətləri olan, bir fransız tarixçisinin "bəşəriyyətin ən comərd adamı" adlandırdığı Həzrət Əlinin həyatı, tapındığı inanc və apardığı mübarizələrdən söhbət açan "Həzrət Əli" kitabı çap edilib. Geniş oxucu təbəqəsi üçün nəzərdə tutulan kitabda Həzrət İmamın keçdiyi həyat yolu ilə maraqlananlar, ibrətamiz nəsihətlərinin vurğunu olanlar, qəhrəmanlığını örnək sayanlar istədiklərini tapacaqlar.

"Möminlərin Rəhbəri" və "Müsəlmanların ən böyük Öndəri"nin müdrik sözlərinin bir hissəsini və apardığı döyüşləri əhatə edən bu kitab Onun cəsarət, qəhrəmanlıq, elm və fəziləti ilə İslam dininə göstərdiyi xidmətlərdən bəhs edir. Kitabın birinci hissəsi ədəbi və akademik araşdırma, döyüşlərdən ibarət ikinci hissəsi isə tarixi roman janrında yazılıb.

Ziya Şakirin müəllifi olduğu romanı Türkiyə türkcəsindən Nəriman Əbdülrəhmanlı tərcümə edib.

Elnur
AzNews.az