19:56
(077) 610-22-33

Aygün Bayramova: “Azərbaycanı başqa ölkəyə dəyişmək insafsızlıq olar”

  • >
634 9 Avqust 2012 07:56 | Mədəniyyət

“Yeni mövsümdə yaradıcılıq planlarım çoxdur”


Xalq artisti, tanınmış muğam ifaçısı Aygün Bayramova yeni layihələr üzərində işləyir. A.Bayramova AzNews.az-a açıqlamasında bildirdi ki, sözü gedən layihələr sentyabr ayında həyata keçiriləcək: "Yeni mövsümdə yaradıcılıq planlarım çoxdur. Artıq onların əksəriyyətinin üzərində işləyirəm.

Muğamlarımızdan bəziləri var ki, onları lentə aldırıram, xalq mahnıları üzərində işləyirəm. Bundan başqa Opera və Balet Teatrında bir sıra rollarım var. Avqust ayının sonlarında onların məşq prosesinə başlayacağıq. Sonra bir sıra ölkələrə səfərlərim var. Səfərlərimlə bağlı qabaqcadan məlumat vermək istəmirəm. Həmin səfərlərin hər biri payızda reallaşacaq".

"Bəs, bu yay dincəlmək üçün hansı ölkəni, hansı məkanı seçdiniz" - sualına xanəndənin cavabı belə oldu: "Yox, mən başqa ölkəyə gedə bilməyəcəm. Bu yayı Azərbaycanda, gözəl səfalı yerlərin birini seçdim. Mənə elə gəlir ki, Azərbaycan istirahət üçün ən gözəl məkandır. Onu başqa ölkəyə dəyişmək insafsızlıq olar".


Lalə

AzNews.az


Bağla X