22:09
(077) 610-22-33

Məmməd Arazın yubiley tədbiri keçiriləcək

  • >
431 6 Dekabr 2013 15:04 | Mədəniyyət

Dekabr 9-da, saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən keçirilən, bir çox elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şeirləri səsləndiriləcək, sözlərinə yazılmış mahnılar ifa olunacaq.
Qeyd edək ki, M.Araz 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarını bitirib.

Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil, "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Xidmətlərinə görə Azərbaycan Respublikasının "İstiqlal" ordeni (1995), Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib, Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub (1992). Adına "Məmməd Araz" ədəbi mükafatı təsis olunub (1993-cü ildən).

1 dekabr 2004-cü ildə Bakıda vəfat edib.

AzNews.az
Bağla X