07:02
(077) 610-22-33

“Bircə arzum var: “Qıl Körpüsü”ndə qadınlar çox olsun”

  • >
833 11 Dekabr 2013 13:58 | Mədəniyyət

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq şairi Vaqif Səmədoğlu müalicəsi davam etdiyi müddətdə əhval ruhiyyəsini qoruyub saxlamağa çalışır. Hazırda İsraildə müalicə olunan Xalq şairi AzNews.az əməkdaşı ilə Facebook vasitəsilə söhbətində onun vəziyyəti ilə maraqlananların olmasından sevincini gizlətməyib: "Əməliyyat məqamını çoxdan əldən vermişik. Həkimlər nə deyəcək ki? Yazıqlara mən ürək-dirək verirəm, deyirəm dilxor olmayın, siz də öləcəksiz..."

Şair bundan sonrakı arzusunu da AzNews.az vasitəsilə oxucularla bölüşüb. Zarafatından qalmayan Xalq şairi "Kasıbın olanından, xəstənin qalanından... Sevindim. Mənimlə maraqlananlar varmış? Çezim durumundayam, sağlığa bu meydanda yer dar olur. Bircə arzum var, ölümlə bağlı: Qıl Körpüsünün qarşısında qadınlar çox olsun...Hamısını irəli buraxacağam, "buyurun-buyurun" deyib. Axı mən centlmenəm"!

Bahar Rüstəmli
AzNews.az
Top xəbərlər
Bağla X