“Qızıl qlobus” kino mükafatının namizədləri açıqlandı

Prestijli "Qızıl qlobus" kinopremiyasının namizədləri açıqlanıb. Ən yaxşı film adına "12 il köləlik", "Kapitan Filips", "Qravitasiya", "Yarış" və "Filomena" filmləri namizəddir. Ən yaxşı dramatik aktrisa nominasiyasına Keyt Blanşet, Sandra Ballak, Emma Tompson və Cudi Denç namizəddir. Ən yaxşı kişi rolu uğrunda Çivetel Eciofor, Metyu Makkonahi, Tom Henks, İdris Elba və Robert Redford mübarizə aparacaq. Daha öncə məlum olub ki, mükafat mərasimində Sesil DeMil mükafatını 4 qat "Qızıl qlobus" sahibi olan rejissor Vudi Allen alacaq. 72-ci mükafat mərasimi yanvarın 12-də Los Ancelesdə baş tutacaq. (Axar.az)