10:39
(077) 610-22-33

Bakının 5 il ərzində inkişafı- Yubiley

  • >
347 18 Dekabr 2013 09:25 | Mədəniyyət

Bu gün saat 11:00-da Bakı Biznes Mərkəzində "Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi"nin 5 illik yubiley mərasimi keçiriləcək.


Azərbaycan Mədəniyyət və Turizm nazirliyindən verilən məlumata görə, tədbirdə mədəniyyətlərarası dialoq mövzusunda film nümayiş etdiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatı və 3-cü Dünya Forumunun prioritetləri təqdim ediləcək. Hesabatı Böyük Britaniyanın Koventri universitetinin professoru, Sosial Münasibətlər Mərkəzinin direktoru Mayk Hardi təqdim edəcək.

Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. "Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransı çərçivəsində Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edib.

İclasda "Bakı Prosesi-Sivilizasiyalar arasında dialoqa yeni çağırış" kommunikesi qəbul edib. Bu proses çərçivəsində 2011-ci ildə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə isə 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və dünya mədəniyyət və turizm nazirlərinin ilk birgə Konfransı keçirilmişdir. 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı Sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu təyin edilib.

AzNews.az
Bağla X