01:22
(077) 610-22-33

“Pərvanələrin rəqsi” başlayır

  • >
1 049 14 Avqust 2012 07:35 | Mədəniyyət

İntiqam Soltan: “Bu mövsümdə dəhşətli anlar, sevinc, göz yaşı, kədər, həyacan dolu səhnələr olacaq”



"Pərvanələrin rəqsi" teleserialının yaradıcı qrupu avqustun 14-dən etibarən çəkiliş meydanlarında olacaq. Bunu "AzNws.az"a açıqlamasında serialın aktyorlarından biri olan İntiqam Soltan dedi.

Onun sözlərinə görə, yaradıcı kollektiv üçün verilmiş iki həftəlik istirahət artıq başa çatıb: "Sabahdan iş başındayıq. Sentyabrın 1-dən etibarən "Pərvanələrin rəqsi" teleserialı efirdə olacaq. Tamaşaçılar həmin ay ərzində filimin ötən mövsümdə nümayiş olunan 40 seriyasını yenidən izləyəcək. Oktyabrın 1-dən sonra isə teleserial Türkiyə variantında təqdim olunacaq. Yəni, serial həftədə bir dəfə təqdim olunacaq. 20 dəqiqə əvvəlki həftədə təqdim olunan seriyanın təkrarı yayımlanacaq. Sonra isə yeni seriya efirə gələcək. Bu mövsümdə serialsevərləri yeni-yeni epizodlar, dəhşətli anlar, sevinc, göz yaşı, kədər, həyacan dolu səhnələr gözləyir".

Lalə
AzNews.az


Bağla X