19:49
(077) 610-22-33

Teatrların bayram repertuarı- Boş vaxtımızı harada keçirək?

  • >
4 498 1 Yanvar 2014 14:30 | Mədəniyyət

AzNews.az teatr və konsert salonlarında Yeni ilin necə qarşılandığını və bayram genlərində nəzərdə tutulan proqramlarla maraqlanıb. Məlum olub ki, teatrlar bayram günlərində məhsuldar işləyəcək.


Bakı Dövlət Sirki də həmişəki ənənəsinə sadiq qalıb. Sözügedən mədəniyyət ocağı tamaşaçılara yeni layihə təqdim edib. Sirkdən bildirdilər ki, yeni il ərəfəsində balacalar "Sehrli qış-2" adlı Yeni il proqramını seyr ediblər.

Qeyd edək ki, bu proqram təkcə Rusiyadan deyil, eləcə də Ukraynadan, İspaniyadan sirk ustaları dəvət olunub. "Sehrli qış-2"-də əhilləşdirilmiş müxtəlif heyvanların, akrobatların, hava gimnastlarının, klounların çıxışı olub.

Sirkdən onu da bildirdilər ki, dekabrın 27-dən başlayan proqram yanvarın 12-dək davam edəcək. Biletlərin qiyməti 6-8-10 manat arasındadır.

Opera və Balet Teatrı Yeni il bayramı ilə əlaqədar göstərdiyi məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoşa Kviçianın quruluşunda hazırladığı "Maşa və ayı" adlı şou proqramının reklam şitlərini təqdim edir.

Həmin reklam şitlərinə baxanda uşaqdan böyüyə kimi hamını bir sual düşündürür. Görəsən, o ayı canlıdır, yoxsa bu rolu da aktyor fa edəcək? Opera və Balet Teatrı isə həmin ayının canlı olduğunu deyir. Teatr bu tamaşanı dekabrın 30-u, yanvarın 2, 3, 4-də təqdim edəcək.

Tamaşa belə adlanır - "Maşa və Ayının Şərqdə Yeni il macəraları".

Teatrdan verilən məlumata görə tamaşa iki dildə-rus və Azərbaycan dilində səslənəcək. Biletlərin qiyməti isə 6 manatdan - 20 manat arasında dəyişir.

Qeyd edək ki, teatrın yeni il tamaşaçı bununla bitmir. Kollektiv həmçinin Yeni il bayramına həsr olunmuş Pyotr Çaykovskinin "Şelkunçik" tamaşasını da təqdim edəcək. Bu tamaşa isə yanvarın 12-ə kimi davam edəcək.

Akademik Milli Dram Teatrı da yeni ilə sürprizlə gedir. Teatr bu bayrama məxsusi tamaşa hazırlayıb.

Kollektiv bu dəfə balaca tamaşaçıların qarşısına "Biri var idi, biri yox" tamaşası ilə çıxacaq.

Teatrdan verilən məlumata görə, tamaşalar 2014-cü ilin yanvarın 6-dək nümayiş olunacaq. Amma "Biri vardı, biri yox" tamaşasına baxmaq üçün tamaşaçılar nə az, nə çox düz 6 manatından keçməli olacaq. əvvəllər teatrda yeni il hədiyyələrində biletlə bərabər hədiyyələr də verilirdi. Teatr da bu dəfə hədiyyələr olmayacaq.

İl boyu balacaların görüşünə fərqli tamaşaçılarla gələn Abdulla Şaiq adına Dövlət Kukla Teatrı da həmişəki ənənəsinə sadiq qalıb.

Teatr kollektivi bu bayramda "Cırtdanın yeni il sərgüzəştləri" adlı tamaşa ilə görüşə gəlib. Teatrdan bildirilən məlumata görə, tamaşalar yanvarın 5-dək nümayiş olunacaq. Kukla Teatrında biletlərin qiyməti bütün mədəniyyət müəssisələrinin təyin etdiyi rəqəmdən aşağı olacaq - 2 manat.

Gənc Tamaşaçılar Teatrında da Yeni il bayramına hazırlıq gedib. Teatr bayram günlərində balacalara "Küpəgirənin hiyləsi" adlı tamaşa təqdim edəcək.

Teatrdan verilən məlumata görə, hər il olduğu kimi bu ildə kollektiv balacalara sürpriz hazırlayıb. Belə ki, sözügedən teatrın foyesində böyük bir yolka qurulub. Şaxta baba və Qar qız balacalarla həmin yolkanın ətrafında dövrə vurur. Bundan başqa Şaxta baba balaca qəhrəmanlarına yeni il hədiyyəsi verib. Tamaşa yanvarın 5-dək davam edəcək, biletlərin qiyməti isə 7 manatdır.

Heydər Əliyev Sarayında isə hazırlanan bayram şənliyi tam başqa bir
ampulada olub. Saraydan bildirilən məlumata görə, dekabrın 30-dan yanvarın 4-ə kimi möhtəşəm konsert proqramı nümayiş olunacaq.

Konsertdə xalq artisti Faiq Ağayev, Röya, Aygün Kazımova, Sevda Yəhyayeva və başqa sənətçilərlə yanaşı telekanalların keçirdiyi müsabiqə iştirakçıları öz canlı ifalarını təqdim edəcək. Saraydan deyilən məlumata görə, bu konsertin biletləri 15 manat olacaq.

Sumqayıt Dövlət Musiqili Dram Teatrı da Yeni ili maraqlı qarşılayıb. Teatrdan bildirilən məlumata görə, Yeni il şənliyi yanvarın 1-dən 3-ə kimi davam edəcək.



Bahar Rüstəmli
AzNews.az
Bağla X