05:11
(077) 610-22-33

«Bəyaz həyat» 10 il sonra» - Eksklüziv

  • >
8 263 15 Avqust 2012 15:03 | Mədəniyyət

Rəhim Sadıqbəyli: “Hazırda 12 serialın çəkilməsi üçün hazırlıq işləri gedir”


"Beyaz heyat" serialının davamı çəkiləcək". Bu barədə filmin rejissoru Rəhim Sadıqbəyli AzNews.az-a eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, hazırda 12 serialın çəkilməsi üçün hazırlıq işləri gedir: "Hələ ilk serial çəkiləndə 10 il sonranı əks etdirən davamı olacağını demişdik. Artıq zaman yetişib. Serialı bu dəfə fərqli formada təqdim edəcəyik. Hazırda yazıçı-dramaturq İlqar Fəhmi "Bəyaz yuxular" yeni, orijinal ssenari üzərində işləyir. 12 seriyadan ibarət serialın 3 seriyasının ssenarisi demək olar ki, hazırdır. Aktyorların kastinqi də keçirilib və əsas rolların ifaçıları artıq məlumdur. Rasim Balayev, Amalya Pənahova, Rafael Dadaşov, Sərdar Rüstəmov, Əjdər Zeynalov, Rəşad Hüseynov, Günel Məmmədova, Kamal Dəniz, rejissorlardan Namiq Ağayev, Aqil M.Quliyev, müğənni Manaf Ağayev filmdə əsas rol alacaqlar".


Baş rolu oynayacaq aktrisanın kimliyinin hələlik sual altında olduğunu deyən rejissor əvəllki romandan fərqli olaraq yeni serialda hadisələrin kriminal detektiv janrında cərəyan edəcəyini deyib. Rejissor həmçinin bildiriib ki, çəkilişlər sentyabr və oktyabr aylarından etibarən Bakıda, Qusarda, Astarada, Stokholmda, Trabzonda, Dərbənddə aparılacaq.

Sevda Babayeva
AzNews.az
Bağla X