Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı açılacaq”


"Azərbaycanda yeni televiziya və radio kanalının açılması ilə bağlı təkliflər var".


Bunu AzNews.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı MTRŞ-ya təkliflər var və hazırda bu təkliflər qurumda dəyərləndirilir:

"Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya oyunlarının keçirilməsinə qədər bu kanalların açılması gözlənilənilir".

O qeyd edib ki, ötən il bir radio və televiziya kanalı açılıb. Bu prosses bu il də davam etdirilə bilər: " Açılacaq yeni yeni televiziya və radio kanalının hansı adda fəaliyyət göstərəcəyini qabaqcadan deyə bilməyəcəyəm. Lakin kanal regionların birində açıla bilər".

Amid Əyyuboğlu
AzNews.az