İbrahimbəyov Amerikaya getdi


Milli Şuranın sabiq sədri, kinorejissor Rüstəm İbrahimbəyov Amerikaya səfər edib.


Bunu AzNews.az-a "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. E.Quliyevin sözlərinə görə, R.İbrahimbəyovun Amerkaya səfəri onun yaradıcılıq işləri ilə əlaqədardır: "15 gündən yuxarıdır ki, Rüstəm müəllim Amerikadadır. Onun səfəri kino, yaradıcılıq işləri ilə bağlıdır. Onun Moskvaya nə vaxt qayıdacağı məlum deyil".

Bahar Rüstəmli
AzNews.az