Ledi Qaqa Maykl Cekson müzeyi açır


AzNeüs.az xəbər verir ki, bu barədə Busines Standard agentliyi məlumat yayıb. Müğənni özü müzeyin harada və na vaxt açılacağı barədə hələ düşündüyünü bildirib.

Bəzi KİV - lərin məlumatına görə müğənni muzeyi İndiana ştatının Heri şəhərində açacaq, hansı ki, Cekson öz karyerasına buradan başlayıb.
Xəbər verilir ki, hazırda Ledi Qaqanın kolleksiyasında Maykl Ceksona məxsus 55 predmet var. Qaqa bu nümunələri illər ərzində ən bahalı auksionlardan alaraq toplayıb. Bu əşyaların içində 1.8 milyon dollara alınmış Ceksonun "Thriller" klipində geyindiyi gödəkçə və 330 min dollara alınmış əlcəklər də var.
Ledi Qaqa muzeydən əldə edilən gəliri Maykl Ceksonun "Heal the Üorld" fonduna köçürəcəyini bildirib.
Xatırladaq ki, Maykl Cekson 50 yaşında 25 iyun 2009 - cu ildə sakitləşdirici dərman propofolun qəbul dozasının həddini aşırdığına görə vəfat edib. Onun şəxsi həkimi Konrad Myurrey pasiyentinin ölümündə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrum edilib. 2012 - ci ildə müğənninin atası Co Cekson Myurreyə qarşı iddialarından əl çəkib.

Azər
AzNews.az