Rövşən Almuradlı, Mehriban Vəzir və Rasim Musabəyov danışır

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.


Layihənin budəfəki qonaqları olan siyasətçilər və sənət adamları son oxuduqları kitablarla bağlı təəssüratlarını bölüşüblər.

"Bu roman məni yerimdən oynatdı"


Rejissor Rövşən Almuradlı Məmməd İsmayılın "İz" romanını oxuduğunu bildirib. O, roman haqqında çox yüksək fikirdə olduğunu söyləyib:



"Məmməd İsmayılın "İz" romanını 2 gün öncə oxudum. Möhtəşəm əsərdi... Söz tapa bilmirəm... "Ruhani" havası kimi ayağımı yerdən üzdü, aldı apardı məni. Hələ də o əsərin ruh aləmindən çıxa bilmirəm... Alt qatını anlamaq üçün bir həftədən sonra bir daha oxuyacağam. Son bir ildə oxuduğum Rüstəm İbrahimbəyovun "Dalğaların nizamlanması", Əkrəm Əylislinin "Möhtəsəm tıxac" əsərləri məni həyəcanlandırmışdı, amma Məmməd İsmayılın bu romanı məni yerimdən oynatdı".

"Qəribə millətin yazıçısı..."

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir isə hazırda bir neçə kitab oxuyur:



"Bəzən bir neçə kitabı eyni vaxtda oxuyuram. Hazırda Norveç yazıçısının "Sofının dünyası" kitabını, bundan başqa daha bir əsəri - Umberto Ekonun "Baudolına"nı oxuyuram. Bu qəribə millətin yazıçısı da millətin gələcəyi üçün yazır. Strateq kimi işləyir yazıçıları da".

Deputat rektorun kitabını oxuyur

Milli Məclisin deputatı Rasim Musabəyov isə Kamal Abdullanın əsərlərini yüksək qiymətləndirir:

"Kamal Abdullanın "Долина кудесников" adlı romanını oxumağa başlamışam. Ümumiyyətlə bu müəllifin əsərlərini yüksək qiymətləndirirəm".

Bahar Rüstəmli
AzNews.az