13:03
(077) 610-22-33

Zəlimxan Yaqub öz səhhətindən danışdı - Audio - Eksklüziv

  • >
1 479 17 Avqust 2012 10:51 | Mədəniyyət

“Allahdan arzu edirəm ki...”



Bir müddətdir ki, səhhətindəki problemlərlə bağlı gözdən uzaqlarda olan Xalq şairi Zəlimxan Yaqub AzNews.az-a danışdı. Belə ki, xalq şairiylə İsmayıllı rayonu Basqal kəndində mərhum seyid Hacı Həbib Ağanın ocağında iftar məclisində qarşılaşdıq. Z. Yaqubla söhbət zamanı onun sağlamlıq vəziyyəti, əhval-ruhiyyəsi ilə maraqlandıq. Onun sözlərinə görə, sağlamlıq durumu elə də pis deyil.

Şair bu ocaqda iftar məclisində iştirakından da söz açdı: "Yaxşı adamlar, ağsaqqallar elin-obanın yaraşığıdır. Biz də o cür adamların işığında böyüyürük. Hərə öz arzusunun arxasınca gedir. Bu gün biz çox tarixi bir adı olan Basqal kəndində tarixi bir insanın-Hacı Həbib kişinin adı ilə bağlı bir məclisə toplaşmışıq. Bu məclis mübarək olsun. Burda açılan süfrədə nə qədər gözəl sözlər deyilibsə, hamısı qəbul olsun".

Şairin hazırkı yaradıcılıq işlərindən də xəbər tutduq. Həmsöhbətimiz qeyd etdi ki, yaradıcılıq qurtaran şey deyil: "Yaradıcılıq bir dağ çeşməsidir. Süzüldükcə süzülür, o axan, süzülən çeşmənin gözündə bir damla da biz oluruq, biz də axırıq, biz də süzülürük. Nəsillərə yadigar qoyub gedirik. Mən Allahdan arzu edirəm ki, Azərbaycan xalqının övladları həmişə yaradan olsun, yaradıcı olsun. Gözəl işlərlə məşğul olsunlar, biz də baxaq, fəxr edək".


Sevinc Fədai

Mahir Hüseynbəyli

AzNews.az

Bağla X