Gənc yazarlarla bağlı sorğu keçirilir

Dokkuziklim.net ədəbiyyat saytı gənc yazarlarla bağlı sorğu keçirir.

10 gün davam edəcək sorğu yanvarın 25 –də, 23:59-da başa çatacaq. Sorğuda "35 yaş altı yazar və şairlərdən ən çox hansının şeir və yazıları ilə tanışsınız?" sualı qoyulub.

Sorğuda 10 gün ərzində səs çoxluğu ilə birinci olan yazar və ya şairdən dokkuziklim.net saytı üçün xüsusi müsahibə alınacaq və həmin müəllifin yazıları saytda mütəmaddi olaraq yayımlanacaq.

Sorğuda 30-a yaxın gənc yazarın adı qeyd olunub. İstədiyi yazarın adını siyahıda tapmayanlar "digər yazarlar"ı seçə bilər.

Bundan əlavə bir kompüterdən cəmi 1 dəfə minumim bir, maksimum 5 yazara səs vermək olur. Bir dəfə səs verilən şəbəkədən ikinci dəfə səsvermə imkanı yoxdur.

Elnur
AzNews.az