02:45
(077) 610-22-33

Yazıçıların siyahısı hazırlanır

  • >
400 22 Yanvar 2014 12:28 | Mədəniyyət


Yazıçılar Birliyinin yeni siyahısı hazırlanır.

Bu barədə AzNews.az-a məlumat verən Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın sözlərinə görə, yeni siyahı qurultay nümayəndələrinin sayını bilmək üçün hazırlanır:



"Yazıçılar Birliyinin son qurultayından sonra birliyi tərk edən, qovulan və eyni zamanda dünyasını dəyişən üzvlərimiz olub. Buna görə də yeni bir siyahı hazırlamaq qərarına gəldik. Bu həm də Yazıçılar Birliyinin məlumat kitabçası olacaq. Bu siyahı hazır olandan sonra biz həm üzvlərimizin sayını biləcəyik, həm də ölənlərin. Yalnız bundan sonra deyə biləcəyik qarşıdan gələn qurultayda necə nəfər səsvermə hüququ qazanacaq".

Xatırladaq ki, AYB mart ayında növbəti qurultayını keçirəcəyini və yeni sədr seçəcəyini açıqlayıb.


Bahar Rüstəmli
AzNews.az
Bağla X