İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək

Yanvarın 24-dən fevralın 2-dək İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək.

ANS PRESS Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə, festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çövkən" və "Çölçü" filmləri nümayiş olunacaq.

Festival Avropa Azərbaycan Cəmiyyəti və Türkiyənin Suna və Kıraç Fondu tərəfindən yaradılan Pera Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.


AzNews.az