- Köhnə - Mədəniyyət
- 25 Yanvar 2014 14:00
- 2 901
Hitlerin cəlladının arvadına yazdığı məktublar tapıldı
Məktub 1927-ci ildən 1945-ci ilədək böyük zaman kəsiyini əhatə edir və Himmlerin arvadı Marqaretə ünvanlanıb. Həmçinin arxivdə əvvəllər dərc edilməmiş fotolar, qeydlər və digər kağızlar saxlanılıb.
Sənədlər uzun müddət adı açıqlanmayan İsrail vətəndaşında olub. Lakin onların hansı yolla bu adamda olması məlum deyil. Bundan sonra sənədlər şəxsi arxivə düşüb və hazırda Təkl-Əvivdəki banklardan birində saxlanılır.
Almaniya Federal Arxivinin ekspertizası sənədlərin orijinallığını təsdiqləyib. Rəydə bildirilir ki, "Təl-Əvivdəki sənədlərin həqiqiliyinə şübhə etmək üçün heç bir əsas yoxdur"
AzNews.az